Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Masallı və Lənkəranda fəaliyyət göstərən ticarət müəssisələrində monitorinqlər zamanı nöqsanlar aşkar olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyul tarixində verir.
Lənkəran şəhərinin H.Z.Tağıyev küçəsi, ev 84-də yerləşən "Fədək" və Nəsimi küçəsi, ev 111-də yerləşən "Elcan" marketlərində, eləcə də Masallı şəhərinin H.Əliyev prospektində yerləşən Məmmədov Əliyusif Əliheydər oğluna və Masallı rayonunun Musaküçə kəndində Babayev Vaqif Canəli oğluna məxsus mağazalarda nöqsanlar aşkarlanıb.
Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədikləri müəyyən olub.Sahibkarlara nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.