Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar 15, 16 və 17 iyun tarixlərində Lənkəran və Masallı “ASAN xidmət” mərkəzlərində qeyri-iş günləridir. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 iyun tarixinədə verir.
18 iyun tarixindən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək ki, Masallı “ASAN xidmət” mərkəzi Heydər Əliyev prospektində, Lənkəran “ASAN xidmət” mərkəzi isə Qurunba kəndi ərazisində yerləşir.