Lənkəran rayon sakini Orxan Babayevi elektrik cərəyanı vurub. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 mart tarixində Report.az-a istinadən verir.
Hadisə Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən, el arasında “Ana zığlıq” adlanan kollektorda qeydə alınıb. Balıq tutmaq istəyən Lənkəran sakini, 35 yaşlı Orxan Babayev tilovunu suya atmaq istəyərkən kollektorun üstündən keçən elektrik məftilinə toxunub. Nəticədə onu cərəyan vurub.
O.Babayevə kənd sakinləri tərəfindən ilkin yardım göstərilib. Sonra o, xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.