Lənkəran rayonunuda yerli sakindən 1 kiloqramdan artıq marixuana götürülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 avqust tarixində verir.
Lənkəran polisi Cil kənd sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ş.Ağayevi saxlayıb. Şəxsi axtarış zamanı onda 11 qramdan artıq marixuana aşkar olunub.
Onun evinə baxış zamanı həyətyanı sahədən əlavə 1 kiloqram 65 qram marixuana götürülüb.