Rusiya-Ukrayna müharibəsində itkin düşən əslən Lənkərandan olan Ruslan Balayar oğlu Camalov yaxınları tərəfindən axtarılır.
Cenublu.az xəbər verir ki, bu barədə redaksiyamıza həmyerlimizin qohumları müraciət ünvanlayıb. Onların sözlərinə görə, R.Camalov Donetskdə gedən döyüşlərdə itkin düşüb.
Ruslan Camalov Lənkəran rayonunun Daşdatük kəndindəndir. Ordu sıralarına çağırılmamışdan öncə Novosibirskdə yaşayan Ruslandan yanvar ayının 8-dən bəri xəbər yoxdur.