Lənkəran rayonunda bıçaqlanma qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 avqust tarixində Apa-ya istinadən verir.
Hadisə Lənkəran rayonunun Şilavar kəndində baş verib. 30 yaşlı Aqil Əlizadə qardaşı Amil Əliyev tərəfindən biçaqlanıb. Zərərçəkən döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran rayon Mərkəzi Xəstəxanasının Acil şöbəsinə daxil olub.
Məlumata görə bıçaqlanma ailə münaqişəsi zamanı baş verib.
Faktla bağlı araşdırma aparılır.