Lənkəran sakini narkotik vasitənin təsiri altında avtomobil idarə edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 iyul tarixində verir.
Belə ki, Masallı rayonunun Sərçuvar kəndi ərazisində “Honda” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb. Avtomobilin sürücüsü, 37 yaşlı Lənkəran rayon sakini Yalçın Əliyevin narkotik vasitənin təsiri altında olması müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1.2-ci maddəsi ilə (il ərzində təkrar sərxoşluğa görə) protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Y.Əliyevə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 800 manat dəyərində cərimə tətbiq olunub.