Lənkəran rayon sakini Bakıda oğurluq etməkdə şübhəli bilinərək saxlanılıb. Bu haqda bu gün, 12 avqust tarixində Cənublu.az Azərtac-a istinadən xəbər verir.
Belə ki, əvvəllər məhkum olunmuş A.Nəsrullayev Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisindəki marketlərin birindən 1025 manat dəyərində terminal oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.