Lənkəran çimərliyində Biləsuvar rayon sakini bədbəxt hadisə nəticəsində xəsarət alıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 avqust tarixində Report-a istinadən verir.
Belə ki, 55 yaşlı Y. Zamanov dənizdə çimən zaman boyun fəqərəsindən ağır xəsarət alıb. Zərərçəkmiş Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardımdan sonra Bakı xəstəxanalarından birinə köçürülüb. Zamanovun boyun fəqərəsində sınıq olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma aparılır.