Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri üzrə 19 layihə qrant əldə edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 avqust tarixində verir.
Qeyd edək ki, layihələrdən 5-i məktəb, 14-ü isə fərdi kateqoriya üzrədir. Qalib layihələrdən dördü Astara rayonu üzrə, üçü Cəlilabad rayonu üzrə, səkkizi Lənkəran rayonu üzrə, ikisi Lerik rayonu üzrə, biri Masallı rayonu üzrə, biri isə Yardımlı rayonu üzrədir.
Müsabiqənin nəticələri və hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib.
Qrant qazanmış resipiyentlər layihələr üzrə müqavilələrin bağlanılması üçün regional təhsil idarəsinə dəvət ediləcəklər.