Lənkəranlı məktəblilər Təhsil Nazirliyinin Şiləvar kənd tam orta məktəbi ilə birgə həyata keçirdiyi təlimdə arxeologiya elmi haqqında ətraflı məlumatlar əldə ediblər. Bu haqda məlumat bu gün R. Məmmədov adına 5 nömrəli tam orta məktəbin rəsmi Facebook səhifəsində paylaşılıb.
"Mədəniyyət mirasımıza kiçik addımlarla səyahət" layihəsi çərçivəsində R. Məmmədov adına 5 nömrəli məktəbin 8-ci sinif şagirdləri Arxeologiya elmi haqqında məlumatlılığın artırılması istiqamətində 1 günlük praktikada iştirak ediblər. Təlimdə şagirdlər mütəxəssislərin nəzarəti altında araşdırmalar aparıblar.
[caption id="attachment_9126" align="alignnone" width="300"]
R. Məmmədov adına 5 nömrəli tam orta məktəbin rəsmi Facebook səhifəsi[/caption]