"Kibertəhlükəsizlik üzrə məlumatlılığın artırılması" layihəsinin bağlanış tədbiri baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 mart tarixində verir.
Tədbirə RİH-nin Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rövşən Musayev, Liman şəhər bələdiyyə sədri Eldəniz Heydərov, Lənkəran–Astara Regional Təhsil İdarəsinin əməkdaşları, layihəyə cəlb olunmuş məktəblərin direktorları, layihə icraçıları və VIII-IX-X sinif şagirdləri qatılıblar.
Qeyd edək ki, proyekt çərçivəsində Cənub bölgəsi üzrə 15 ümumtəhsil məktəbi olmaqla 314 şagird təlimlərə cəlb olunub. Sessiyanın sonunda aktiv şagirdlərin 2 günlük düşərgədə iştirakı təmin edilib.