Lənkəranda ərazi zibilliyə çevrilib.
Cenublu.az-a daxil olan şikayətə əsasən, keçmiş Dəri-zöhrəvi xəstəliklər dispanserinin ərazisi zibil poliqonu kimi istifadə olunur. Bu səbəbdən ətrafa üfunət yayılır. Qabaqdan gələn isti yay aylarını nəzərə alsaq, yarana biləcək vəziyyəti təsəvvür etmək çətin deyil.
Sakinlərin sözlərinə görə, ərazi mütəmadi olaraq təmizlənsə də, bəzi şəxslər oranı zibilləməyə davam edir.