Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 29 kiloqram 455 qram narkotik vasitələrin Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 avqust tarixində verir.
DSX-nin Mətbuat Mərkəzindən gələn məlumata görə, sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avqust ayının 20-də saat 12:15-də Yardımlı rayonunun Ləzran kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində ümumi çəkisi 5 kiloqram 15 qram narkotik vasitə (2 kq 430 qram marixuana, 2 kq 585 qram tiryək) və saat 13:10-da Cəlilabad rayonunun Edişə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində ümumi çəkisi 24 kiloqram 440 qram narkotik vasitə (13 kq 760 qram marixuana, 7 kq 870 qram heroin, 1 kq 815 qram tiryək, 995 qram metamfetamin) aşkarlanaraq götürülüb.
Faktlarla bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.