Masallıda iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Masallı və Yardımlı sakinlərini qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 iyul tarixində verir.
Vətəndaşların müraciəti sahibkarlığın inkişafı, güzəştli kreditlərin verilməsi, vergi inzibatçılığı, infrastruktur və s. məsələlərlə bağlı olub. İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda rayon sakinlərinin müraciətləri dinlənilib, onlara müraciət etdikləri məsələlərlə bağlı izahat verilib, araşdırma tələb edən müraciətlər isə qanunvericiliyin tələblərinə uyğun baxılması üçün qeydiyyata alınıb.
Nazir müavini Masallı Sənaye Məhəlləsində fərqli müəssisələrin fəaliyyəti ilə də tanış olub.