Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mürşüd Nərimanov dəfn olunub.
Onun nəşi Məzrəli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin doğmaları, İmişli rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Mürşüd Nadir oğlu Nərimanov 1963-cü il yanvarın 5-də İmişlinin Məzrəli kəndində anadan olub. 1994-cü il yanvarın 26-da Ağdam rayonunun Qərvənd kəndində itkin düşüb.
Mənbə: report.аz