Bu gün şəhid Zöhrab Kərimovun doğum günüdür.
Zöhrab Azad oğlu Kərimov 14 avqust 2003-cü ildə Biləsuvar şəhərində anadan olub.
O, 2022-ci ilin sentyabr ayında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhidlik zirvəsinə ucalıb.
Ölümündən sonra "Vətən uğrunda" medalı və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.