Astara rayonu, Hamoşam kənd Folklor Evinin binasında aparılan təmir işləri bitmək üzrədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 avqust tarixində verir.
Belə ki, 6 ilə yaxındır ki, Hamoşam kənd tam orta məktəbinin bir otağında yerləşən Folklor Evi məktəbdə sinif otaqlarının çatışmazlığı səbəbindən cari ilin aprel ayında köhnə bir xəstəxana binasına yerləşdirilib. O zamandan bəri həmin binada əsaslı təmir işlərinə başlanılıb.
Qeyd edək ki, təmir işləri Folklor Evinin daxili vəsaiti hesabına, kənd sakinləri, Hamoşam kənd ərazi icra nümayəndəsi və kənd bələdiyyə sədrinin dəstəyi ilə aparılıb.