Lənkəran rayonunun Haftoni qəsəbəsində yerləşən elektrik dirəyi qəzalı vəziyyətdədir. Bununla bağlı sakinlər bu gün, 14 avqust tarixində Cenublu.az-a müraciət ediblər.
Sakinlər bildirirlər ki, şəhid Soltan Əliyevin adını daşıyan küçədə yerləşən dirək SSRİ dövründə quraşdırılıb və o vaxtdan bu yana yenilənməyib.
“Azca külək əsən kimi tərpənir. İşdir güclü külək əssə, dirək aşacaq və bütün ərazi işıqsız qalacaq. Ətrafda məşhur turistik məkanlar yerləşir. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, məsələ həll olunmayıb. Bir daha aidiyyəti qurumlardan Lənkəran rayonunun Haftoni qəsəbəsində Bağırov Mirzəbala adlı vətəndaşın həyətində yerləşən qəzalı dirəyin təmir olunmasını xahiş edirik”, – deyə sakinlər bildiriblər.