Cəlilabad rayonunun Göytəpə şəhərində aylardır davam edən elektrik enerjisi problemi əhalinin ciddi narazılığına səbəb olub. Sakinlərin sözlərinə görə, xüsusilə isti havalarda yaranan problem gündəlik həyatı çətinləşdirir.
Cenublu.az xəbər verir ki, Göytəpə sakinlərinin müraciətinə əsasən, işıqlar əsasən axşam saatlarında yanır, gündüz isə elektrik enerjisi kəsilir.
Vətəndaşlar aidiyyəti qurumlardan problemin araşdırılmasını və elektrik enerjisi təminatının tam bərpa olunmasını xahiş edirlər.