“Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda təlim təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 mart tarixində verir.
Təlim çərçivəsində xilasetmə işlərinin təşkili və aparılması qaydaları, xilasetmə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi barədə məlumat verilib. Həmçinin xilasedicilər xüsusi vasitələrlə şərti zərərçəkmişləri “hündürmərtəbəli bina”dan təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım göstəriblər”.
Tədbirin sonunda əldə edilmiş nəticələr təhlil edilib, müvafiq tapşırıqlar verilib.
Seminar FHN-in Cənub Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Cəlilabad rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə dəstəsi ilə keçirilib.