Lənkəran şəhərində kanalizasiya problemi vətəndaşların narazılığına səbəb olub.
Cenublu.az -a müraciət edən sakinlərin sözlərinə görə, Zərifə Əliyeva küçəsində, 23 saylı kooperativ binanın qarşısında kanalizasiya suları ətrafa yayılır.
Şikayətçilər bildirirlər ki, ərazidə yaranan üfunətə görə dayanmaq mümkün deyil. Onların iddiasına görə, antisanitar vəziyyətə nəzarət edən də yoxdur.
Vətəndaşlar aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını, ərazidə təmizlik və sanitariya qaydalarına əməl olunmasının təmin edilməsini istəyirlər.