Masallı rayonunun Sığıncaq kəndində yolun vəziyyəti sakinlərin narazılığına səbəb olub.
Cenublu.az -a müraciət edən vətəndaşların sözlərinə görə, yol palçıq içindədir və keçilməz vəziyyətə düşüb. Xüsusilə yağışlı havalarda ərazidə hərəkət etmək çətinləşir.
Şikayətçilər aidiyyəti qurumlardan problemin həlli üçün tədbir görülməsini, yolun təmir edilməsini istəyirlər.