Lənkəran şəhərinin Kiçik Bazar adlanan ərazisində, Tofiq İsmayılov küçəsində bir neçə ay əvvəl salınan piyada yolu artıq dağılıb.
Cenublu.az -a müraciət edən sakinlərin sözlərinə görə, səkiyə düzülən tametlər qısa müddətdə sıradan çıxıb. Onlar yolun alçaq və dar olmasının da problemlər yaratdığını bildirirlər.
İddialara görə, bəzi sürücülər avtomobillərini piyada yolunun üzərində saxlayaraq piyadaların hərəkətinə mane olurlar.
Vətəndaşlar görülən işlərin keyfiyyətindən narazıdırlar. Onlar aidiyyəti qurumlardan yolun yenidən təmir olunmasını və problemin aradan qaldırılmasını istəyirlər.