Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Bələdiyyə sədrləri” kateqoriyası üzrə mülki müdafiə kursu baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 avqust tarixində verir.
Kursun keçirilməsində məqsəd fövqəladə hadisələrdən mühafizə sahəsində maarifləndirmə işinin aparılması, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.
Kursda fərdi və kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları izah edilib, həmçinin mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.
Kursu müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.