Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında FHN əməkdaşları tərəfindən təlim keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 aprel tarixində verir.
Seminarın keçirilməsində əsas məqsəd yanğın təhlükəsizliyinin təmin edilməsi, yanğın zamanı zərərçəkmişlərin təhlükəsiz əraziyə təxliyə edilməsi və onlara ilkin tibbi yardımın göstərilməsi olub.
Təlim zamanı kollektivə yanğınlar zamanı zəruri davranış qaydaları əyani şəkildə izah edilib, suallar cavablandırılıb.