top
“Əsas günah aktyor və rejissordadır” – Şövqi Hüseynovla ÖZƏL MÜSAHİBƏ
10 mart 2025, 03:40
- +

“Əsas günah aktyor və rejissordadır” – Şövqi Hüseynovla ÖZƏL MÜSAHİBƏ

Bu gün Azərbaycan teatrı yaranmasının 152-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.

Cenublu.az bu münasibətlə Cəlilabad rayonunda anadan olan, ömrünün 30 ildən çoxunu teatr səhnəsinə qurban verən Əməkdar artist Şövqi Hüseynovla həmsöhbət olub.

Xüsusi qeyd edək ki, Şövqi müəllim 113 illik tarixi olan Azərbaycan Dövlət Akademik Musiqili Teatrda ilk monotamaşa oynayan aktyor kimi də tarixə düşüb.

Onunla müsahibəni təqdim edirik:

- Teatrımız yaranışının 152-ci ildönümünü qeyd edir. Bu barədə təəssüratınızı bölüşərdiniz.

-  Bəli, bu gün Milli Teatr Günüdür. Nə yaxşı ki, teatrımız var. Çox sevinc və fərəh hissi ilə bu günü bayram kimi qeyd edirik. Bütün həmkarlarımı təbrik edir, yeni-yeni uğurlar arzulayıram.

- Teatrın gənc nəsil arasında daha çox sevilməsi üçün hansı addımlar atılmalıdır? Milli Teatr Günü bu məqsədlə hansı imkanları təqdim edir?

- Hesab edirəm ki, bu gün gənclər arasında teatra maraq göstərənlər çoxdur. Həm Akademik Musiqili, həm də Gənc Tamaşaçıların Teatrının aktyoruyam. Gənclər gəlir, maraq göstərir. Əsas məsələ onların maraqlarını teatrda saxlamaqdır. Elə məhsul təqdim olunmalıdır ki, bir gələn, ikinci dəfə də gəlsin.

Fikrimcə, klassik əsərlər yenidən səhnələşdirilməlidir. Çünki onlar da gənclərə göstərilib, aşılanmalıdır. Ümumiyyətlə, tamaşaçı teatra gəlmirsə, bunun günahı nə zamandadı, nə də tamaşaçıda. Əsas günah aktyor və rejissordadır. Elə tamaşa təqdim edilməlidir ki, insanlar maraq göstərsin.

- Azərbaycan teatrının son 10 ilini nəzərdən keçirsək, hansı dəyişikliklər var?

- Artıq teatrımız müasir dövrə uyğunlaşır. Müasir texnologiyalar, yanaşmalardan istifadə olunur. 10-15 əvvəldəki teatr ənənələri dəyişir. Xüsusi ilə klassik tamaşalara yeni yanaşmalar qoyulur. Teatrların maddi-texniki bazası da müasir dövrə cavab verir. İndiki dövrdə nəyinsə alınmaması artıq bəhanədir. Yaradıcılıqla məşğul olmaq üçün bütün şərait var. Əsas məsələ bu yeniliklərdən vicdanla istifadə edə bilməkdir. Gənc rejissor və aktyorlar özləri ilə bərabər yeni ideyalar gətirirlər.

- Teatra gələn gənc nəsildən söz açdıq. Son dövrlər müzakirə mövzusuna çevrilən məsələlərdən biri də yaşlı nəslin teatrla sağollaşıb, estafeti yeni nəslə verməməsi ilə bağlıdır. Deyirlər ki, qocamanlar gənc nəsli qısqanır. Siz bu barədə nə düşünürsünüz?

- Aktyor yaşla ölçülmür. 90 yaşındakı teatr adamı da aktyordur, 25 yaşındakı da. Aktyor yaşla yox, işlə ölçülür. Amma əlbəttə ki, öndə gənclər olmalıdır. Bir daha qeyd edirəm, yaşlı nəslə də ehtiyac var. Aktyora demək olmaz ki, sənin yaşın çatdı, işdən çıx. Bu gün 87 yaşında Rafiq Əzimov teatr səhnəsindədir. Niyə də olmasın?!

Teatr adamları istəyir ki, səhnəyə güclü, bacarığı olan gənclər gəlsin. Bacarığı olan sınaqlardan keçir və səhnəyə çıxır, olmayan isə elə şikayətlənir.

- Şövqi bəy, bir az keçmişə qayıdaq. Yarım əsrdən çox yaşınız var. Bu illər ərzində aktyor kimi qarşılaşdığınız ən çətin an hansı olub? Bunu necə aşdınız?

- Aktyor olmaq dünyanın ən çətin sənətindən biridir. Müasir dövrdə hesab edirlər ki, aktyorluq çox asan sahədir. Amma belə deyil. Hər bir sənət çətindir və hər birinin özünə məxsus elmi var. Bu elmə yiyələnmək yolunda çətinliklərdən keçirsən. Aktyor olmaq üçün əsəblərin və sağlamlığın yerində olmalıdır.

- Həyat yoldaşınızla eyni cəbhədə “vuruşursunuz”. Həmkar olmaq ailə münasibətinizə necə təsir göstərir?

-  Bəli, xanımım Şəbnəm Hüseynova aktrisadır. Biz aktyorların xarakterinə, nazına dözmək, tab gətirmək hər qadının işi deyil. Eyni sahədə olmağımız bir-birimizi anlamağımızda çox müsbət təsir göstərib. Hər zaman bir-birimizə kömək olmuşuq. Bizdən sonra gələn aktyor nəslinin nümayəndəsi olsa da, həm şəxsi həyatımızda, həm də karyeramızda bir-birimizi tamamlaya bilmişik. Mənim ən yaxşı tamaşaçım Şəbnəmdir, onunku da mənəm.

Evimə qayıdanda artıq aktyorluğum qapının arxasında qalır. Çünki sutkanın böyük hissəsini teatrlarda keçirirəm. Yerdə qalan az vaxtımı isə ailəmə sərf etməyə çalışıram. Evimdəki yaxşı mühiti, sakitliyi yaradan xanımımdı. 

- Bəs oğlunuzu bu sahədə görürsünüz?

- Əksər sənət adamları övladlarını bu sahədə görmək istəmir. Çünki çox çətin sənətdir. Amma mən istəyərdim ki, oğlum bizim yolumuzu davam etdirsin. Sadəcə o, öz istəyi ilə bəstəkarlığı seçib.

- Əslində əvvəldə başlamalı idik, amma sonda verim bu sualı. Sizi aktyorluğa gətirən ilk qığılcım nə oldu?

- Aktyorluq mənim ilk məhəbbətimdir. İlk məhəbbət necə gəlir, nə zaman gəlir - insan bilmir. İlk məhəbbətim olan aktyorluğun da saat neçədə, nə zaman gəldiyini hiss etmədim. Bir də ayıldım ki, bu auranın içindəyəm. Çox xoşbəxtəm ki, aktyorluq peşəsini seçmişəm. 2-ci sinifdən teatr dərnəklərində çıxış edirəm. 1991-ci ildə isə Cənnət Səlimovanın rəhbərliyi ilə "Kamera Teatrı" yaratdıq və o gündən sırf peşəkar aktyorluğum başladı.

Biz  yeganə peşə sahibləriyik ki, ən azı 2 ömür yaşayırıq. Öz ömrümüz və oynadığımız rollardakı ömür. Geriyə baxanda Şekspir, Dostoyevski, Çexov, Cavid, Mirzə Cəlil və başqalarının ömürlərini də yaşadığım üçün xoşbəxtəm. 50 illik ömrümün 40 ilini səhnədə keçirmişəm və bunu həyatımda ən böyük nemət hesab edirəm.

Hətta sizə deyim ki, gənclik illərində insanların niyə hamısının aktyor olmadığını düşünürdüm. Deyirdim ki, bu cür gözəl sənətə yiyələnməyib, sürücü, mühəndis, müəllim olurlar. Yəni eqoist kimi yanaşırdım. Sonra anladım ki, digər sahələr də lazımdır. Amma teatra sevgim heç zaman ölmədi.

 

Fidan İlqar

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 13:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 12:30

FHN: Ötən həftə 442 yanğına çıxış olub, 11 nəfərin meyiti tapılıb

Kriminal
Bu gün, 11:45

Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 11:15

Cəlilabadda itkin düşən şəxs qisas üçün öldürülübmüş – 7 il sonra üstü açıldı

Bütün xəbərlər
Bu gün, 10:45

Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb

Bütün xəbərlər
Bu gün, 10:15

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Bütün xəbərlər
Bu gün, 09:46

Cəlilabadda qədim ocaq yerləri aşkarlandı

Kriminal
Bu gün, 09:07

"Kahı" və "kərəviz" yükündə 79 kq narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Dünən, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 18:17

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 17:41

Lənkəranda məktəb və bağça yolunu küçə itləri zəbt edib

İqtisadiyyat
19 sentyabr 2026, 17:00

Azərbaycanda ayaqqabı istehsalı artıb

İdman
19 sentyabr 2026, 16:15

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

Kriminal
19 sentyabr 2026, 15:30

Polis 40 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Kriminal
19 sentyabr 2026, 14:50

Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb

Bütün xəbərlər
19 sentyabr 2026, 14:10

İgid şəhidimizin doğum günüdür

Kriminal
19 sentyabr 2026, 13:34

Ötən gün vətəndaşlarda qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

Bütün xəbərlər
19 sentyabr 2026, 13:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
19 sentyabr 2026, 12:12

Şəhid Famil Ağaşovun doğum günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 11:26

Bir sutkada qazanılan tarixi Zəfər

Kriminal
19 sentyabr 2026, 10:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 73 nəfər tutulub

Kriminal
19 sentyabr 2026, 10:05

Arvadı ilə söhbət edən qohumunu döydü

İqtisadiyyat
19 sentyabr 2026, 09:26

Azərbaycan neftinin qiyməti 122 dolları ötüb

Bütün xəbərlər
19 sentyabr 2026, 00:01

Lokal antiterror əməliyyatlarından üç il ötür

Oxşar xəbərlər