Ağırlıqqaldırma üzrə tanınmış mütəxəssis, Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi Qubad Cəbrayılov dünyasını dəyişib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 fevral tarixində verir.
Qeyd edək ki, Qubad Cəbrayılov 15 aprel 1939-cu ildə Masallı rayonunda anadan olub. Karyerası ərzində ağırlıqqaldırma üzrə yüngül çəkidə Respublika rekordçusu, çempionu və mükafatçısı olub, idman ustası normativini yerinə yetirib, Respublika yığma komandasının üzvü kimi müxtəlif miqyaslı yarışlarda Azərbaycanı təmsil edib.