Bu gün Azərbaycan Respublikasının Əməkdar artisti aktyor Adil Zeynalovun anım günüdür.
Adil Zeynalov 1960-cı il fevralın 20-də Lənkəran şəhərində doğulub.
A.Zeynalov 1977-ci ilin sentyabr ayından Lənkəran Dövlət Dram Teatrında səhnə quraşdırıcısı vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1983-cü ildən aktyor, 2002-ci ildən ömrünün sonunadək isə quruluşçu rejissor vəzifəsində çalışıb.
2012-ci ildə milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
O, 2020-ci il 12 mart tarixində Bakı şəhərində dünyasını dəyişib.