Ələt-Astara avtomobil yolunda eyni ərazidə iki yol qəzası baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 avqust tarixində Report-a istinadən verir.
Hadisələr yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, ilk qəza zamanı "İsuzu" markalı yük avtomobili yolun kənarına aşıb. Digər qəzada isə yük və minik avtomobilləri toqquşub. Hadisələr nəticəsində xəsarət alan olmayıb. Lakin avtomobillərə ciddi ziyan dəyib.
Faktlarla bağlı araşdırma aparılır.