Saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən Cenublu.az-a verilən xəbərə görə, dumanda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşır.
Hazırda Biləsuvar, Lənkəran, Astarada duman müşahidə olunur.
Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.