Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı artıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 mart tarixində verir.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Cənub – Astara dövlət sərhədindən buraxılış məntəqəsi (Astara rayonu (Astara şəhəri), Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında) siyahıya daxil edilib.