18 avqust 2026-cı il saat 11:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə elektron sənəd qəbulu mərhələsinə başlanılıb.
Cenublu.az xəbər verir ki, namizədlər 24 avqust 2026-cı il saat 11:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.
Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla başa vuran namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.