Bu gün vətən müharibəsi şəhidimiz - Mirsəfa Mirəşrəfbəylinin doğum günüdür.
Mirsəfa Mirbaba oğlu Mirəşrəfbəyli 1994-cü il iyulun 27-də Cəlilabad rayonunun Badamağac kəndində anadan olub.
Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mirsəfa Mirəşrəfbəyli oktyabrın 11-də Füzuli döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunda dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları və "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.