Cəlilabad rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranıb.
Cenublu.az xəbər verir ki, buna səbəb "Cəlayir" yarımstansiyasında aparılan təmir işləridir.
Bununla əlaqədar rayon üzrə 6 155 abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.
Elektrik enerjisinin verilişində fasilə yaranacaq yaşayış məntəqələri bunlardır: Cəlayir, Mirzəli, Lallar, Cəngan, Fərəcullalı, Tahirli, Ağusəm, Soltankənd, Ləzran, Çinar, Kövüzbulaq, Edişə, Zəhmətabad, Xanəgah, Çəmənli, Pərdi, Türkelli, Şatırlı, Badamağac, Buravar, Ləkin, Musalı, Əsədli, Qarakazımlı, Sarxanlı, Dələli, Moranlı, Zərbiəlli, Boyxanlı, Məlikqasımlı, Şötüklü, Novruzallı, Məşədilər, Dostallı və Yusifli kəndləri.