top
Cənublu.az sorğu keçirdi: parklarımızın vəziyyətini izləyicilərdən öyrənək
23 avqust 2022, 04:30
- ↺ +

Cənublu.az sorğu keçirdi: parklarımızın vəziyyətini izləyicilərdən öyrənək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cenublu.az sosial şəbəklərdə keçirdiyi sorğu əsasında Cənub zonasının parklarının müsbət və mənfi tərəfləri haqda məlumatları oxucularına bu gün, 23 avqust tarixində təqdim edir.

Belə ki, sorğuda iştirak edən izləyicilərimizin əksəriyyəti əsasən parklarda irigövdəli, yəni yetərincə sərinlik və kölgə verə biləcək ağacların olmamasından yazıblar. Həmçinin dekorativ ağacların çoxluq təşkil etməsi də onlar tərəfindən birmənalı qarşılanmayıb.

Oturacaqların və zibil qablarının sayının az olması, fəvvarələrin işləməməsi və onların suyunun vaxtı-vaxtında dəyişdirilməməsi də, görünür ki, cənub zonasının parklarını birləşdirən bir xüsusiyyətdir.

İzləyicilərimizdən bir neçəsi isə parklarda uşaq meydançasının olmamasından və ya pis vəziyyətdə olmasından yazıblar.  “Sahil parkında keçən dəfə qızım sürüşərkən ayağı cızıldı”, - deyə izləyicimizdən biri bildirib.

Digər oxucumuz əhaliyə görə ölkənin sayca 5-ci böyük şəhəri olan Lənkəranda atraksion parkının olmasını arzulayır.

Lənkərandan olan izləyicimizin biri yazıb: “Saat 12-dən sonra şəhərin bütün işıqları söndürülür. Nəinki parka, heç şəhərə belə çıxıb gəzə bilmirik”.

İzləyicilərimizdən biri 380 mindən çox əhalisi olan Lənkəranda cəmi 3 parkın olmasını qeyd edib. ”Heydər Əliyev adına olan Xatirə parkı 1500, Həzi Aslanov parkı 300, Lənkəran Dənizkənarı parkı isə 700 nəfərə kimi adam tuta bilir. Belə çıxır ki, əhalinin yalnız 5 %-i parklara gedə bilər. Bəs digərləri? Parkların sayını artırmaq lazımdır”,- deyə şəhər sakini bildirib.

Masallıdan olan izləyicilərimiz isə şəhərdə 2-3 park olmasına baxmayaraq, “ASAN xidmət” mərkəzinin parkını bəyəndiklərini qeyd ediblər.

Daha bir izləyicimiz isə parklara gərək olmadığını, təbiətin özünün park olduğunu vurğulayıb.

Cənublu.az sorğuda iştirak edən bütün izləyicilərə təşəkkür edir. Sizin fikirləriniz və rəyləriniz bizim üçün çox önəmlidir.

 

Son xəbərlər

Siyasət
Bu gün, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 13-cü günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 17:40

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Bütün xəbərlər
Dünən, 17:00

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi

Bütün xəbərlər
Dünən, 16:25

Azərbaycanda bəzi kolleclər ləğv olunacaq - EKSKLÜZİV

Bütün xəbərlər
Dünən, 15:50

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
Dünən, 15:15

Doqquz ayda əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Bütün xəbərlər
Dünən, 14:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 14:00

Cəlilabadlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 13:20

9 il itkin kimi axtarılan cəlilabadlının qatilinə HÖKM OXUNDU

Bütün xəbərlər
Dünən, 12:45

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Bütün xəbərlər
Dünən, 12:10

Lənkəranın bu küçəsinin sakinləri problemlər burulğanında

Bütün xəbərlər
Dünən, 11:35

Masallının yetişdirdiyi böyük səs – Baloğlan Əşrəfov

İqtisadiyyat
Dünən, 11:00

Azərbaycan neftinin qiyməti 125 dolları ötdü

Bütün xəbərlər
Dünən, 10:20

İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət

Kriminal
Dünən, 09:44

Astara gömrük postunda külli miqdarda heroin və "metadon" həbləri aşkar edilib

Bütün xəbərlər
Dünən, 09:00

Saatlıda yol qəzasında 5 yaşlı uşaq həyatını itirdi

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin üçüncü dəfə raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:05

8 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 12-ci günü

Cəmiyyət
07 oktyabr 2026, 17:48

Azərbaycanda ən çox edilən estetik əməliyyatlar açıqlandı

Bütün xəbərlər
07 oktyabr 2026, 17:28

Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman

Cəmiyyət
07 oktyabr 2026, 16:20

19 yaşlı şəhid Musa Mustafayevin anım günüdür

Bütün xəbərlər
07 oktyabr 2026, 15:30

Salyanda nar bağları məhv olur: məhsul ağacda çürüyür - VİDEO

Bütün xəbərlər
07 oktyabr 2026, 14:50

Masallıda 5 kənd qazsız qalacaq

Cəmiyyət
07 oktyabr 2026, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
07 oktyabr 2026, 13:30

Bu həftədən ov mövsümü başlayır

İqtisadiyyat
07 oktyabr 2026, 12:50

Azərbaycanda məhsul yetişməmiş qiyməti razılaşdırılacaq

Cəmiyyət
07 oktyabr 2026, 12:08

"Nənələr" qrupunun mərhum üzvünün oğlu müharibədə öldürüldü

Oxşar xəbərlər