top
Cənubdan olan 30-a yaxın şəhid övladı idman düşərgəsində iştirak edib
01 aprel 2024, 05:31
- ↺ +

Cənubdan olan 30-a yaxın şəhid övladı idman düşərgəsində iştirak edib

Üçüncü “YAŞAT” idman düşərgəsinə start verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 aprel tarixində verir.

Düşərgə 30 mart - 2 aprel tarixlərində Abşeron Olimpiya İdman Kompleksində keçirilir.

Layihədə cənub bölgəsində – Lənkəran, Masallı, Cəlilabad, Biləsuvar, Astara, Lerik, Yardımlıda yaşayan 6-12 yaş aralığındakı 30-a yaxın şəhid övladı iştirak edir.

Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov iştirakçılara uğurlar diləyib.

Düşərgə iştirakçılarına layihənin 4 günlük proqramı və qaydalar izah olunub. Uşaqlar nahar fasiləsindən sonra Azərbaycanın ilk təhsil yönümlü əyləncə parkı – “Kinderland”da rəngarəng vaxt keçiriblər. Proqrama uyğun olaraq, növbəti səfər adrenalin dolu “Sky Park” əyləncə mərkəzinə olub, uşaqlar orada da əyləncə axınına qoşulublar.

Proqram masaüstü oyunlar – tennis və şahmatla davam edib. Düşərgə iştirakçıları şam yeməyindən sonra leqoların hazırlanması ilə bağlı ustad dərslərinə də qoşulublar.

Ümumilikdə düşərgə müddətində iştirakçılar üçün müxtəlif yarışlar, gimnastika, karate, boks, cüdo idman növləri üzrə ustad dərsləri keçiriləcək. Əyləncə və kino saatları ilə bərabər, Bakı şəhərində yerləşən görməli yerlərə ekskursiyalar təşkil olunacaq. Həmçinin iştirakçılara hədiyyələr təqdim olunacaq.

Məqsəd həmin region gənclərinin Bakı şəhəri ilə tanışlığı, onların fiziki sağlamlıqlarının və idmana olan maraqlarının artırılması, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək olmaq, eyni zamanda asudə vaxtlarının səmərəli təşkilidir.

Qeyd edək ki, düşərgə “YAŞAT” Fondunun təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, “ASAN Könüllüləri”, “Kinderland” və “Sky Park”ın dəstəyi və ASAN TV & Radio media dəstəyi ilə keçirilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 29 sentyabr

Kriminal
Dünən, 17:57

Sabirabadda direktor vəzifəsi vədi ilə dələduzluq – MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 17:15

Şəhid Məhəmməd Babazadənin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 16:40

Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 16:00

Cəlilabadda 3 uşaq anası bir aydır itkin düşüb

Bütün xəbərlər
Dünən, 15:30

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Dünən, 14:30

Şadlıq sarayında mahnı sifarişinə görə dava düşdü

Bütün xəbərlər
Dünən, 13:59

Lənkəranda bərələr tutulub, yağış suyu həyətlərə dolur

İqtisadiyyat
Dünən, 13:35

Azərbaycanda ödəniş kartlarının sayı 23 milyona yaxınlaşıb

İdman
Dünən, 13:00

Lənkəran və Masallıda taekvondo şousu keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

DYP yük avtomobillərinin sürücülərinə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:50

FHN: Ötən həftə 469 yanğına çıxış olub

Bütün xəbərlər
Dünən, 11:17

Sabirabadda həkim dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 10:45

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 10:10

İmişli Şəkər Zavodunda yanğın olub

Bütün xəbərlər
Dünən, 09:35

Lənkəranda yanğın olub - VİDEO

Bütün xəbərlər
Dünən, 09:00

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Siyasət
27 sentyabr 2026, 09:23

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Siyasət
27 sentyabr 2026, 00:04

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Siyasət
27 sentyabr 2026, 00:00

İkinci Qarabağ müharibəsinin başlamasından 6 il ötür

İqtisadiyyat
26 sentyabr 2026, 17:35

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Kriminal
26 sentyabr 2026, 16:57

Bakıda qətlə yetirilən Masallı sakini qarət üçün öldürülübmüş

Bütün xəbərlər
26 sentyabr 2026, 16:21

Lənkəranın Boladi kəndində həllini tapmayan su problemi

Oxşar xəbərlər