Masallı və Cəlilabad rayonlarında 5 maqnitudada zəlzələ qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 avqust tarixində verir.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə bu gün, yerli vaxtla saat 01:23-də Cənub bolgəsində silkələnmə baş verib. Zəlzələ bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Yardımlıda, Saatlıda və Lerikdə hiss edilib.
Qeyd edək ki, zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 baldan yuxarı, ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib.