Cəlilabad rayonunun Maşlıq və Söyüdlü kəndlərində yollar təmir olunur. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 avqust tarixində verir.
Belə ki, vətəndaşlar tərəfindən Muğan bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına Maşlıq və Söyüdlü kəndlərində kənddaxili yollara çınqıl materialı tökülərək təmir işləri görülür.