Cəlilabad rayonunun Şah İsmayıl Xətai küçəsi məişət tullantılarından təmizlənib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 avqust tarixində verir.
Ötən gün küçə məişət tullantılarından təmizlənib və natəmizliyə gətirib çıxaran vəziyyət aradan qaldırılıb. Sakinlərin verdiyi məlumata əsasən, aidiyyəti qurumlar tərəfindən yaranmış vəziyyət aradan qaldırılıb.
Cenublu.az adıçəkilən küçədə məişət tullantılarının əhaliyə yaratdığı narahatlıq barədə 5 avqust tarixində məlumat vermişdi.