Cəlilabad rayonunun Şah İsmayil Xətai küçəsi zibillik içindədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 avqust tarixində sosial şəbəkələrə istinadən verir.
Belə ki, rayonun mərkəzi küçələrində yığılan zibil sakinlərin gediş-gəlişinə və eləcə də yaşayışına mane olur.
Sakinlər bildiriblər ki, rayonun küçələrini zibilləyən şəxslər rayona gələn qonaqlardır.
Əhali aidiyyəti qurumlardan məsələnin nəzarətə götürülməsini və problemin həlli üçün rayona yeni təqdim edilən zibil qutularının mərkəzi küçələrdə quraşdırılmasını xahiş edir.Qeyd edək ki, Cenublu.az bu gün, 5 avqust tarixində Cəlilabadda 10 ədəd zibil qabının əhalinin istifadəsinə verilməsi barədə məlumat paylaşıb.