Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 avqust tarixində Report.az-a istinadən verir.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. "VAZ-2106" markalı iki avtomobil və "Mercedes" markalı bir minik maşını toqquşub. Nəticədə iki nəfər xəsarət alıb.
Xəsarət alanlar 35 yaşlı Cavid İsmayılov və 67 yaşlı Mirhəsən Abdullayevdir. Yaralılar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.