Cəlilabad rayonunda 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyul tarixində Report-a istinadən verir.
Hadisə Cəlilabad şəhərinin çıxışında baş verib. Qəza zamanı "Ford" markalı mikroavtobus ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub. Zərərçəkənlər - 53 yaşlı Firuzə Hüseynova, 36 yaşlı Xəyalə Yaqubzadə, 61 yaşlı Naibə Əliyeva, 71 yaşlı Zümrüd Şıxəliyeva, 42 yaşlı Nailə Quluzadə və 14 yaşlı Xədicə Yaqubzadə rayon xəstəxanasına aparılıblar.
Bir müddət sonra iki yaralı sərnişin də - 28 yaşlı Əli Mirzəyev və 32 yaşlı Ülvi Mustafayev xəstəxanaya müraciət ediblər.
Qeyd edək ki, qəzaya uğrayan mikroavtobus ziyarətgaha gedirmiş.
Faktla bağlı araşdırma aparılır.