Cəlilabad şəhərinin Heydər Əliyev Seyrəngahının giriş hissəsində “I love Cəlilabad” işıq lövhəsi zədələnib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 avqust tarixində verir.
17 avqust 2023-cü il tarixində saat 05:00 radələrində Heydər Əliyev Seyrəngahının giriş hissəsində yerləşdirilmiş “I love Cəlilabad” yazılı işıq lövhəsi 3 şəxs tərəfindən vandallıq hərəkətləri nəticəsində sındırılıb.
Polis əməkdaşları həmin şəxsləri qısa zamanda müəyyən edərək məsuliyyətə cəlb edib.
Hal-hazırda təhqiqat işləri davam etdirilir.