Cəlilabadda “Yaşıl dünyamızı birlikdə qoruyaq, gələcəyimizə sahib çıxaq” adlı layihəyə start verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 aprel tarixində verir.
Proyekt çərçivəsində təmizlik aksiyası baş tutub. Aksiyaya Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə və əməkdaşlar, Cənub Könüllüləri, Regional İnkişaf İctimai Birliyinin cənub regionu üzrə gəncləri, rayon idman ictimaiyyətinin nümayəndələri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının tələbələri qatılıblar.
Elavə olaraq aksiya zamanı 35 ağac əkilib.
Layihə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilib.