Cəlilabad rayonunun Privolnoye kəndində yanğın hadisəsi qeydə alınıb.
Cenublu.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 96 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə yanıb.
Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.