Cəlilabadın Ləkin kəndində alışan transformator aidiyyəti qurumlar tərəfindən yenisi ilə əvəz olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 yanvar tarixində Report-a istinadən xəbər verir.
Kənd sakinlərinin sözlərinə görə, artıq kəndin bir hissəsinə elektrik enerjisi verilib.
Xatırladaq ki, bir gün öncə transformatorun yanması ilə bağlı məlumat vermişdik.