Cəlilabad rayonunda transformator alovlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 yanvar tarixində Bizim.media-ya istinadən xəbər verir.
Hadisə Ləkin kəndində baş verib. Yanan transformator yararsız hala düşdüyündən kəndin bir hissəsi işıqsız qalıb.
Hal-hazırda aidiyyəti qurumlar tərəfindən yeni transformatorun quraşdırılacağı gözlənilir.