Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Üçtəpə kənd sakinlərini qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 aprel tarixində verir.
Görüşə rayon İcra Hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri cəlb olunublar.
Qəbulda rayon rəhbəri İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlərin yerindəcə həll olunmasına dair göstərişlərini verib, digər məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin olunmasını tapşırıb.