Cəlilabad rayonunun Astanlı kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 iyul tarixində verir.
Ümumi sahəsi 70 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə, içərisinə yığılan 15 ton ot bağlamasının 6 tonu və yaxınlıqda 70 kv.m sahədə quru ot, kol-kos yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.